RU

Gündə 1 limon yesək, nə olar?

Gündə 1 limon yesək, nə olar?

Limon, şübhəsiz ki, hər kəsin sevdiyi turş bir qidadır. Salatlara suyu sıxmaqdan bir stəkan isti suya əlavə etməyə qədər limon bir çox şəkildə istifadə olunur. Lakin bənzərsiz dadının yanı sıra, limonun sağlamlığa bir çox faydası vardır.

Qlobal.net bildirir ki, bunlar qida baxımından zəngindir və bədəni xəstəliklərdən qoruyur. Bəs hər gün 1 limon yediyinizdə bədəninizdə nə baş verir?

1. İLTİHABI AZALDIR.
Limonların ən yaxşı bilinən faydalarından biri, immun sistemini gücləndirmədə vacib rol oynayan yüksək C vitamini tərkibidir. Limonlardakı antioksidantlar, hüceyrələri sərbəst radikalların səbəb olduğu zərərdən qoruyaraq iltihabı azaldır. Limonlar, boğaz infeksiyaları və soyuqdəymənin qarşısını almağa kömək edə biləcək antibakterial xüsusiyyətlərə malikdir..
2. BAĞIRSAQ SAĞLAMLIĞI
Limonlar həzm sistemini stimullaşdıraraq sağlam bağırsaqların qorunmasına kömək edə bilər. Təbii turşuluqları, qidaların düzgün şəkildə həzm olunması üçün vacib olan mədə turşusunun istehsalını təşviq edir.Limonlar, həzm sistemindən zəhərlərin atılmasına kömək edərək şişkinlik və qəbizlikdən qoruyur.
3. YAŞLANMAYA QARŞI TƏSİR
Limonlar, gənc və sağlam bir dəri üçün vacib olan C vitamini və antioksidantlarla doludur. C vitamini, kollagen istehsalını artıraraq dərini sıxlaşdırır və qırışları azaldır. Limonların detoks xüsusiyyətləri, akne, piqmentasiya və dəri solğunluğunu azaltmağa kömək edir.
4. ÜRƏYƏ YAXŞI TƏSİR EDİR
Limonlar, zəngin C vitamini və flavonoid tərkibi sayəsində ürək və dövran sistemi üçün mükəmməldir. C vitamini qan təzyiqini düşürməyə və atardamar sərtliyini azaldmağa kömək edir.Limonlardakı flavonoidlər pis xolesterolu (LDL) azaldaraq ürək sağlamlığını yaxşılaşdırır. Limonlar, ürək funksiyasını tənzimləyərək insultların qarşısını alan potasyum ehtiva edir.
5. ÇƏKİ İTİKİSİ
Limonlar təbii bir detoks funksiyası görür və yağ metabolizmasını stimullaşdıraraq çəki idarəsinə kömək edə bilər.Limonlar, toxluq hissi yaratmağa kömək edən və iştahı azaldan pektin lifləri ehtiva edir. Qaraciyərin zəhərləri atmasını təşviq edərək metabolizmanı yaxşılaşdırır. Sitrik turşu, həzmi və qida udulmasını yaxşılaşdıraraq yağ yandırmanı artırır.
Səbinə 
Qlobal.net

Избранный
13
qlobal.net

1Источники