Arvadını qətlə yetirib Gürcüstana qaçan şəxs saxlanılıb.
Sonxeber.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, fevralın 8-də saat 23 radələrində Xəzər rayonu Binə qəsəbəsində evlərin birində 1976-cı il təvəllüdlü Lamiyə Məmmədovanın küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Ramil Məhərrəm oğlu Məmmədov Gürcüstan Respublikasında saxlanılıb.
Onun ölkəyə ekstradisiyası üçün tədbirlər görülür.
***10/02/2025 21.25
Fevralın 8-də Bakının Xəzər rayonu, Binə qəsəbəsi ərazisində ailə münasibətləri çərçivəsində dəhşətli qətl hadisəsi baş verib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, Binə qəsəbəsi 138-ci döngə, küçə 62 ünvanında yaşayan 48 yaşlı Lamiyə Məməddova qətlə yetirilib. Bildirilir ki, qadın namaz qıldığı yerdə öldürüb.
Hadisəni qadının həyat yoldaşı 46 yaşlı Ramil Məmmədovun törətdiyi deyilir.
Bildirilir ki, o, qadının dəmir əşya ilə başından bir neçə dəfə vurub. Daha sonra barmaqlarını sındırıb. Bundan sonra qadını boğub. Meyidin belində də barmaq izlərinin olduğu müəyyənləşib.
Hadisədən sonra Ramil Məmmədov qaçıb. Hazırda qətldə şübhəli bilinən Ramil Məmmədovun axtarışları davam edir.
Hüquq mühafizə orqanlarından BAKU.WS-ə hadisəni təsdiqləyiblər və qaçan şəxsin hələlik tapılmadığı bildirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.