RU

HƏMAS-la atəşkəs təhlükədə

HƏMAS İsrail girovlarının azad edilməsini təxirə saldığını açıqlayıb. 

Bu qərar atəşkəsin pozulma riskini artırıb. 

"Cebheinfo.az" "Associated Press"-ə istinadən bildirir ki, son buraxılan girovlar arasında üç nəfərin həddindən artıq arıqlamış və zəif vəziyyətdə olması İsrail cəmiyyətində ciddi narahatlığa səbəb olub. İsrail rəsmiləri bildirir ki, hələ də azad edilməyən girovlardan səkkizi artıq həyatını itirib. 

Girovların növbəti buraxılışı fevralın 15-ə planlaşdırılsa da, HƏMAS bu prosesi "növbəti bildirişə qədər" dayandırdığını açıqlayıb. Bu qərar, İsrailin Təhlükəsizlik Kabinetinin iclasına təsir edib. 

Digər tərəfdən, bu gərginlik Qəzzada da böyük narahatlıq yaradıb. Minlərlə fələstinli müharibənin ilk həftələrində tərk etməyə məcbur olduqları evlərinin qalıqlarına qayıtmağa çalışır. İlk mərhələsi altı həftə davam etməli olan atəşkəsin yarısından bir qədər çox keçsə də, vəziyyətdəki qeyri-müəyyənlik növbəti mərhələ ilə bağlı danışıqları çətinləşdiriB. Martın əvvəlində müharibənin yenidən alovlana biləcəyi ilə bağlı narahatlıqlar artır. 

Qeyd edək ki, HƏMAS İsraili razılaşmanın şərtlərini pozmaqda ittiham edir. 

Onların iddiasına görə, İsrail fələstinlilərin Qəzzanın şimalına qayıtmasına icazə vermir, bölgəyə hücumlar təşkil edir və humanitar yardımların girişinə mane olur. 

İsrailin müdafiə naziri İsrael Kats isə HƏMAS-ın qərarını "atəşkəsin açıq şəkildə pozulması" adlandırıb və ordunun tam hazırlıq vəziyyətinə gətirildiyini açıqlayıb. İsrail hökuməti isə öz üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyini bildirib. 

Избранный
16
cebheinfo.az

1Источники