RU

“Qarabağ”ın müdafiəçisi üzləşdikləri çətinlikləri sadaladı

“Çox çətin oyun keçdi. Şükürlər olsun ki, qələbə qazandıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev deyib.

O, Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Səbail”ə qarşı keçirilən görüş (1:0) haqda danışıb.

Elvin 1:0 hesablı qələbənin çətin başa gəldiyini vurğulayıb:

“Səbail”ə qarşı səfər oyunu həmişə ağır olur. Rəqibin müdafiəsini yarmaq bizim üçün çətin idi.

Bir neçə qol şansımız olsa da, düzgün istifadə edə bilmədik. Sona doğru təhlükəli epizodlar oldu, lakin rəqib bundan yararlana bilmədi və nəticədə qələbə qazanan tərəf biz olduq”.

Избранный
5
sportinfo.az

1Источники