RU

Norm şirkəti tərəfindən beton zavodlarının inşasına başlanılıb (FOTO)

Bakı. Trend:

Balaxanı qəsəbəsində “Norm” ASC-yə məxsus 2 yeni beton zavodununtəməli qoyulub. Zavodlar 2025-ci ilin aprel ayından istehsalabaşlayacaq. Hər birinin istehsal gücü saatda 120 m3beton təşkil edən bu zavodlar müasir texnika və avadanlıqla təchizedilib və burada ən son texnologiyalarla əmtəə betonunun istehsalınəzərdə tutulur. Şirkət tərəfindən üçüncü beton zavodunun Qarabağbölgəsində inşası həyata keçiriləcək. Bu zavodun da istehsal gücüsaatda 120 m3 beton təşkil edəcək. Müəssisələrdə 80-əyaxın işçi fəaliyyət göstərəcək. Beton zavodlarının işə düşməsiinşaat şirkətlərinə bir çox mühüm dövlət satınalmaları vasitəsiləhəyata keçirilən, eləcə də özəl inşaat layihələrində betontələbatının vaxtında və səmərəli qarşılanması üçün stabil təchizatimkanı təqdim edəcək.

Norm Beton zavodlarında betonun təkrar edilməsi üçün xüsusiavadanlıq quraşdırılacaq. Bu avadanlıq vasitəsilə istehsalprosesində, betondaşıyan maşınların yuyulması zamanı, eləcə dətikinti sahəsində artıq qalan betonu xüsusi mexanizmlə təkrar emaletmək və tərkibindəki komponentləri beton istehsalında yenidənistifadə etmək mümkün olacaq. Bu da öz növbəsində, resurslarınsəmərəli istifadə olunmasına və ətraf mühitə təsirin minimumaendirilməsinə şərait yaradacaq.

Qeyd edək ki, sənaye sahəsində ölkənin böyük istehsal müəssisəsiolaraq, bazara daxil olduğu vaxtdan etibarən “Norm” ASC-ninkommersiya strategiyasının əsasında inşaat sektorunda yeni biznessubyektlərinin yaradılması, inkişaf etdirilməsi və inşaat sənayesiüçün təhlükəsiz materialların istehsalı dayanırdı. Yüksəkstandartlarla sement istehsalından sonra eyni yanaşma ilə əmtəəbetonu istehsalında da fəaliyyətə başlamağı şirkətə inşaatişlərinin keyfiyyətinə nəzarət etmək imkanı yaradacaq.

“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksəktexnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalqşirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.

Norm
Norm
Norm
Norm
Norm
Norm
Məqalədə:
Избранный
2
12
az.trend.az

10Источники