RU

Evdə 40, ümumilikdə 80 – “Sabah”dan ikiqat yubiley

Azərbaycan Premyer Liqasının XXII turu “Sabah” üçün əlamətdar olub.

Msport.az xəbər verir ki, paytaxt klubu evdə “Turan Tovuz” üzərində 2:1 hesablı qələbə qazanıb.

Bununla bakılılar çempionatda 80-ci qalibiyyət sevinci yaşayıb. “Sabah” Azərbaycan çempionatlarında 80 qələbəyə çatan 17-ci komanda olub.

Qəsəbə təmsilçisi bu qələbənin tən yarısını – 40-nı doğma arenasında əldə edib. “Sabah” bu həddə çatan 22-ci klubdur. “Karvan” və MOİK də eyni göstəriciyə malikdir.

Qeyd edək ki, “Sabah” ölkə çempionatında ilk qələbəsini 2018-ci il avqustun 12-də “Keşlə” səfərində qazanıb. Doğma arenadakı ilk uğur isə sentyabrın 16-da “Qəbələ” ilə matçda reallaşıb. “Sabah” hər iki görüşdə yeganə qolla rəqibini üstələyib.

Избранный
8
msport.az

1Источники