RU

Dünyanın gözü Türkiyədə - “Arzu daşı”nı Hitit İmperiyasına yadplanetlilər gətirib?

Bu günkü Türkiyə ərazisində, qədim Hitit İmperiyasının paytaxtı olan Hattuşanın antik qalıqları arasında yerləşən Böyük Məbəddəki sirli Yaşıl Daş diqqət çəkir.

Olaylar.az türk mənbələrinə istinadən xəbər verir ki, bu daşın mənşəyi və məqsədi barədə alimlər arasında hələ də yekdil fikir yoxdur. Lakin ümumi qənaətə görə, onun dini baxımdan böyük əhəmiyyət kəsb etdiyi düşünülür.

Bölgənin geoloji xüsusiyyətlərinə əsasən, bu daşın ya yaşim (jade) ya da serpantin (serpentin) olduğu təxmin edilir. Lakin ən diqqətçəkən xüsusiyyəti, əsrlər boyu qeyri-adi şəkildə qorunub saxlanılmasıdır. Bu unikal dayanıqlılıq yalnız tarixçilərin deyil, eyni zamanda yerli əhalinin və ziyarətçilərin də marağına səbəb olub. Yerli xalq arasında "Arzu Daşı" kimi tanınan bu daş, sirli cazibəsi ilə hər kəsi özünə cəlb edir.

Həm arxeoloji, həm də mədəni baxımdan böyük əhəmiyyətə malik olan Yaşıl Daş, Hattuşanı kəşf etmək istəyənlər üçün mütləq görülməli olan bir irsdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
68
1
olaylar.az

10Источники