RU

(VSİS) alt sistemi səhiyyə müəssisələrinə kadr seçimi prosesini şəffaf şəkildə aparır

Bakı. Trend:

“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Vahid Səhiyyəİnformasiya Sisteminin (VSİS) “İşə qəbul” alt sistemi səhiyyəmüəssisələrinə kadr seçimi prosesini daha səmərəli və şəffafşəkildə aparmağa imkan yaradır”.
Trend xəbər verir ki, bufikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da SəhiyyəNazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzinin Treninq və MonitorinqBölməsinin mütəxəssisi Aqşin Səmədov açıqlayıb.

Onun sözlərinə görə, işə qəbul prosesinin tamelektronlaşdırılması sayəsində insan faktorunun təsiri minimumaendirilir:

“Namizədlərin qiymətləndirilməsi obyektiv meyarlar əsasındaaparılır. “İşə qəbul” alt sistemin tətbiqi Səhiyyə müəssisələrininkadr ehtiyaclarını mərkəzləşdirilmiş sistem vasitəsilə daha sürətliqarşılamağa imkan yaradır, kağız üzərində aparılan müraciət vəsənəd qəbulu prosedurlarını aradan qaldırır. Mərkəzləşdilrilmişməlumat bazası hesabına Səhiyyə müəssisələri real vaxt rejimindəvakansiyalar və namizədlər haqqında məlumat əldə edə bilirlər.Seçim mexanizmi avtomatlaşdırıldığı üçün namizədlərin təhsil, iştəcrübəsi və digər uyğunluq göstəricilərinə əsasən avtomatikfiltrasiya aparılır. Müsahibə və imtahan mərhələlərinin nəticələrisistemdə qeyd edilir və reytinq əsasında yekun seçim aparılır”.

A.Səmədov qeyd edib ki, “İşə qəbul” alt sistemi Vahid Səhiyyəİnformasiya Sistemi çərçivəsində digər səhiyyə və dövlətqurumlarının sistemləri ilə inteqrasiya edilərək məlumatlarındoğruluğunu və etibarlılığını artırır:

“Namizədlərin sertifikat, diplom və digər sənədlərinindoğrulaması avtomatik həyata keçirilir. Alt Sistem həmişəgötürənlər, həm də namizədlər üçün rahat və intuitiv interfeystəqdim edir. Sistem həmçinin müraciətlərin statusunu izləmək vəbildirişlər almaq imkanı yaradır. Bu sistem səhiyyə sahəsində insanresurslarının idarə olunmasını daha effektiv və müasir tələblərəuyğun şəkildə təşkil etməyə kömək edir”.

Məqalədə:
Избранный
2
1
az.trend.az

2Источники