RU

Gələn ilin sonuna bütün məktəbli qızların STEAM layihəsinə cəlb olunması hədəflənir

Gələn ilə qədər ölkə üzrə bütün məktəbli qızların STEAM layihəsinə cəlb olunması əsas hədəflərdəndir.

"Report" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin əməkdaşı Ayla Həsənova Qızlar və Qadınlar Elmdə Beynəlxalq Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, növbəti illərdə həmçinin cinsi ayrıseçkiliyə yol verilməməsinə də xüsusi önəm veriləcək:

"Azərbaycan Qadınları Elmdə" təşkilatının təsisçisi Günel Ağabəyli isə tədbirin əsas məqsədindən danışıb:

"Qızları və gənc qadınları elmi sahələrə təşviq etmək bizim ən böyük hədəflərimizdən biri olmalıdır. Onların uğurlarını vurğulamaqdan çəkinməməliyik. Elm və Təhsil nazirliyi üçün qadınların elmi sahələrinə cəlb olunması ümumi məlumatlılığın artırılması prioritet məsələlərdəndir. Hesab edirəm ki, ölkədə qadınların təhsildə irəliləməsi üçün hər cür şərait yaradılır".

Tədbir çərçivəsində xüsusi hazırlanan videoçarx nümayiş etdirilib.

Tədbirin növbəti hissəsi təlim sessiyasından ibarət olub.

Ekspert Kamran Qasımovun rəhbərlik etdiyi "Keçmişdən gələcəyə: qadınların innovasiyada rolu" adlı interaktiv qrup işində iştirakçılar qadınların elm və texnologiyada keçmiş və indiki dövrdəki töhfələrini təhlil edilib.

Sonda isə STEAM İnnovasiya Mərkəzinə təşkil edilən ekskursiya çərçivəsində gənclər müxtəlif elmi və innovativ layihələrlə tanış olublar.

Избранный
2
2
report.az

4Источники