Dövlət başçısı müxtəlif çıxışlarında iki əsrdən də çox bir zamanın o üzündə qalmış ədalətsizliyin unudulmadığını, xalqın heysiyyət yaddaşında qaldığını, olmuşlrdan olacaqlara ruhun çağırışı eşidiləcəyini də həmişə qətiyyətlə bildirib. Xalq bunların dövlətin, dövlətçiliyin adından deyildiyinə əminliklə inanıb ki, "kələklə gələn küləklə gedir". Prezident İlham Əliyevin qətiyyətlə dediyi kəlamlar zamanın tarixə xəbərdarlığıdır: "Bügünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Bu tarixi həqiqətdir. Biz bu tarixi yaxşı bilirik. İrəvan xanlığında yaşayanların əksəriyyəti azərbaycanlılar idi, Zəngəzur mahalı Azərbaycandan zorla qopardılıb ki, böyük türk dünyasını parçalasınlar və elə də oldu. Ancaq vaxt gələcək, bu ədalətsizliklər aradan qaldırılacaqdır".
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта