RU

Avtobusun qəzaya uğraması nəticəsində azı 51 nəfər ölüb

Qvatemalada avtobusun qəzaya uğraması nəticəsində azı 51 nəfər ölüb, Reuters xəbər verir.

Agentliyin məlumatına görə, avtobus San Aqustin Acasaguastlan şəhərindən ölkənin paytaxtı Qvatemala şəhərinə hərəkət edərkən yol körpüsündən çıxaraq dərəyə aşıb.

Yerli nəşrlər yazır ki, avtobusun sürücüsü idarəetməni itirib. Avtobus bir neçə avtomobilə və metal körpünün hasarına çırpılıb, daha sonra kiçik çayın axdığı dərəyə düşüb.

Hadisə yerindən çəkilən fotolarda avtobusun qismən suya qərq olduğu görünür. Qəzaya avtobusun əyləc sisteminin nasazlığı səbəb olduğu ehtimal edilir.

Qəza nəticəsində azı 36 kişi və 15 qadın həlak olub. Qvatemalada üç günlük milli matəm elan edilib.

Əziz Mustafa, Oxuməni.az

Избранный
2
oxumeni.az

1Источники