RU

“Qarabağ” Lunyova yeni müqavilə təklif etmişdimi? – Özü açıqladı

“Qarabağ”da qalmağı təklif etdilər. Orada hər şey məni qane edirdi”.

Msport.az xəbər verir ki, bu sözləri Rusiyan millisinin qapıçısı Andrey Lunyov ölkəsinin mətbuatına açıqlamasında deyib.

Hazırda Moskva “Dinamo”sunda çıxış edən 33 yaşlı qolkiper ölkəmizdəki həyatından danışıb: “Bakı super şəhərdir, çox rahatdır. Mən, məmnuniyyətlə orada qalardim. Amma Moskvada uşağın inkişafı üçün daha çox imkanlar var. “Bayer”dən ayrıldıqdan sonra bir neçə təklifim var idi. “Qarabağ”ın şərtləri həqiqətən daha üstün görünürdü. Sonda qərarımdan peşman olmadım. Azərbaycanda əla mövsüm keçirdim”.

Qeyd edək ki, Lunyov ötən mövsüm “Qarabağ”ın formasını geyinib.

Избранный
6
msport.az

1Источники