Mərakeşin şimalında yerləşən Qəsr əl-Kəbir şəhərində 5,2 bal gücündə zəlzələ baş verib.
Mərakeş Milli Seysmologiya İnstitutunun məlumatına görə, zəlzələnin episentri şimaldakı Vəzzan bölgəsinə aid Qəsr əl-Kəbir şəhəri yaxınlığındakı Brikşa kəndi olub. 20 kilometr dərinlikdə baş verən zəlzələ paytaxt Rabat və Kasablanka şəhərlərində də hiss edilib.
Yerli vaxtla 23:48-də qeydə alınan zəlzələ Rabatda qısamüddətli təşvişə səbəb olub.
Rəsmi mənbələrdən əldə edilən məlumata görə, zəlzələ nəticəsində insan və ya maddi itki qeydə alınmayıb. Mülki müdafiə qruplarının bölgədəki fəaliyyəti davam edir.