RU

Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov final uğrunda mübarizə aparacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün şahmat üzrə Azərbaycan çempionatının yarımfinal mərhələsində cavab oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, kişilərin yarışında Şəhriyar Məmmədyarov dünən qara fiqurlarla Misrəddin İsgəndərovu məğlub edib.
İndi finala çıxmaq üçün tanınmış şahmatçını heç-heçə də qane edir.
Digər yarımfinal cütlüyündə isə Teymur Rəcəbov və Rauf Məmmədov mübarizə aparır. İlk oyunda onlar bərabərə qalıblar.
Qadınların yarışında yarımfinalda Günay Məmmədzadə dünən uduzduğu Gülnar Məmmədovadan məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Digər qarşılaşmada Gövhər Beydullayeva və Ülviyyə Fətəliyeva qüvvələrini sınayacaqlar. Onların ilk oyunu heç-heçə nəticələnib.
Избранный
3
2
oxu.az

3Источники