RU

Zelenski seçkilərdə iştirak etməyə, yerini Zalujnıya verə bilər - ÖZƏL

Olaylar.az xəbər verir ki, CNN-in məqaləsinə görə, Ukraynada seçkilər keçiriləcəyi təqdirdə prezident Vladimir Zelenski namizədliyini irəli sürməyə bilər və yerini Valeri Zalujnıya verə bilər.

Amerikan mediası hesab edir ki, atəşkəs razılaşması Zelenskiyə vəzifədən geri çəkilmək və yeni liderin daha geniş bir razılaşma əldə etməsinə imkan yaratmaq üçün fürsət verə bilər.

Bundan əlavə, CNN Zelenskinin istefasının Kiyevin danışıqlara hazır olduğunu göstərmək üçün bir siqnal ola biləcəyini yazır. ABŞ-nin keçmiş prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq isə yaxın həftələrdə münaqişənin həlli üçün bir neçə mümkün plan təqdim etməyi planlaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
5
olaylar.az

1Источники