RU

Ukrayna “Türk axını”na hücum etməyəcək: Bu ölkə təminat alıb

Macarıstanın xarici işlər naziri Peter Siyarto Avropa Komissiyasından (AK) aldıqları enerji təhlükəsizliyi ilə bağlı öhdəliklərdən danışıb.

Publika.az xəbər verir ki, nazir bildirib ki, Ukrayna "Türk axını" təbii qaz kəməri infrastrukturuna hücum etməyəcəyinə söz verib.

Siyarto, enerji təhlükəsizliyi ilə bağlı üç məsələdə AK-dən zəmanət aldıqlarını bildirərək sözlərinə davam edib:

“Əvvəla, Ukrayna öz ərazisindən neft daşınmasını dayandırmayacaq. İkincisi, onlar “Türk axını”nın infrastrukturuna hücum etməyəcəklər. Üçüncüsü, Ukrayna ərazisindən qaz tranzitinin bərpası ilə bağlı danışıqlar başlayacaq”.

Избранный
88
publika.az

1Источники