Ağdamda artezian quyularını elektrik enerjisi ilə təmin edən 360 metr uzunluğunda kabel oğurlanıb.
"Cebheinfo.az" Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan Yusif Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
"Cebheinfo.az"