RU

Nüvə partlayışı zamanı ümid yeri: Sığınacaqlar bizi qoruya bilərmi?

Heç bir texnogen fəlakət nüvə bombasından daha çox dağıntıya səbəb ola bilməz. Xüsusi bomba sığınacaqlarının nüvə partlayışından qoruya biləcəyinə isə inanlar var. Həqiqət isə başqadır. Belə ki, bu strukturların insanları güclü istilikdən və nüvə partlayışından qorumaq qabiliyyəti dəyişkəndir.

Publika.az xəbər verir ki, bu barədə "Live Science" jurnalı məlumat yayıb.

ABŞ-ın Kolumbiya Universitetindən Norman Kleimanın fikrincə, bomba sığınacağı nüvə partlayışı zamanı təhlükəsizliyə mütləq zəmanət vermir. Onun effektivliyi həm bombanın, həm də sığınacağın keyfiyyətindən asılıdır.

Onun sözlərinə görə, sığınacaq nüvə partlayışının baş verdiyi yerdən 1000 km aralıda yerləşirsə, o zaman xilas edə bilər. Ancaq sığınacaq 160 km radiusdadırsa, o zaman çox güman ki, sizi güclü istilik və şok dalğalarından xilas etməyəcək.

Nüvə partlayışı nəticəsində dalğaların və hissəciklərin emissiyası olan radiasiyanı unutmaq olmaz. Kleiman deyir ki, divarları beton, polad və qurğuşundan ən azı 1,5 metr qalınlığında olan bunker radiasiyadan qoruya bilər. Və sığınacaq zədələnməsə belə, hələ də aşağı dozada radiasiya almaq riski var.

Kolumbiya Universitetindən Peter Karakappa sığınacağın qoruyucu qabiliyyətini üç komponentə bölür:

1). Nüvə partlayışına və radiasiya nüfuzuna tab gətirə bilən struktur kimi effektiv olmalıdır;

2). Sizinlə nüvə partlayışından çıxan radiasiya arasında nə qədər material var;

Избранный
10
2
publika.az

4Источники