RU

Türkmənistan və Türkiyə arasında razılıq əldə olundu

Türkmənistan və Türkiyə qaz ixracı ilə bağlı razılıq əldə ediblər. 

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, razılaşmaya əsasən Türkmənistan İrana, İran isə Türkiyəyə qaz ötürəcək. 

 

Bu barədə Türkmənistan Xalq Şurasının (Türkmənistan Xalq Məsləhəti) sədri Qurbanqulu Berdiməhəmmədov İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı zamanı bildirib. “Ölkələrimiz artıq uzun illərdir ki, yanacaq-energetika sahəsində əməkdaşlıq edirlər”, - deyə Xalq Məsləhəti qeyd edib. 

 

Onun sözlərinə görə, elektrik enerjisi sahəsində də əməkdaşlığı artırmaq üçün Türkmənistan Marı SES-dən İran sərhədinə qədər Marı - Məşhəd istiqamətində elektrik verilişi xəttinin bir hissəsinin çəkilməsini təklif edib. Layihənin İran şirkətləri tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

 

Vasif

Избранный
4
sfera.az

1Источники