Mərkəzi Amerika ölkəsi Qvatemalada sərnişin avtobusunun körpüdən aşması nəticəsində 51 nəfər ölüb.Regional bələdiyyənin yanğınsöndürmə idarəsinin üzvü Xose Santizo jurnalistlərə bildirib ki, San Aqustin Acasaguastlan qəsəbəsindən yola düşən avtobus Qvatemala şəhərindəki Beliz körpüsündən aşıb və vadiyə yuvarlanıb.Santizo intensiv işdən sonra 51 nəfərin cəsədini avtobusdan çıxardıqlarını açıqlayıb.Mətbuatda yer alan məlumata görə, avtobusda 75 nəfərin olduğu təxmin edilir.Qvatemala prezidenti Bernardo Arevalo qəza ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта