ABŞ prezidenti Donald Tramp HƏMAS-ı bütün girovları şənbə günü saat 12:00-a qədər azad etməyə çağırıb.
Musavat.com-un xəbərinə görə, o, açıq şəkildə bildirib ki, əgər bu tələblər yerinə yetirilməsə, bütün razılaşmalar ləğv oluncaq və “cəhənnəm qopacaq”.
Trampın sözlərinə görə, girovlar yalnız birlikdə azad edilməlidir. Əgər HƏMAS onları tək-tək buraxarsa, bu da eyni nəticəyə səbəb olacaq.
Jurnalistlər Trampdan ABŞ-ın HƏMAS-ın bu tələbi yerinə yetirməyəcəyi təqdirdə hansı tədbirlər görəcəyini soruşublar. Lakin o, bu suala açıq cavab verməyib və yalnız “Görəcəyik nə baş verəcək” – deyə dildirib.