RU

FTB Kennedinin qətli ilə bağlı 2400-ə yaxın yeni sənəd üzə çıxarıb

Vətəninfo.az xəbər verir ki,  ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) keçmiş prezident Con Kennedinin qətli ilə bağlı 2400-ə yaxın sənədin məxfiliyini ləğv edib. “Axios” portalı isə bununla bağlı yaydığı məlumatda vurğulanır ki,  FTB əvvəllər onların təhlilinə və dərcinə cavabdeh olan komissiyaya verilməyən sənədləri aşkarlayıb. Bu qeydlər istintaq zamanı tərtib edilmiş 14 000 səhifəlik dosyenin bir hissəsidir.

Kennedinin işi ilə bağlı ən böyük onlayn material arxivinə malik olan Meri Ferrell Fondunun vitse-prezidenti Cefferson Morli bu faktı “əhəmiyyətli inkişaf” adlandırıb və qeyd edib ki, bu, FTB-nin sui-qəsdin şəraitini öyrənməkdə ciddi olduğunu göstərir.

 

Qeyd edək ki,  yanvarın 23-də ABŞ prezidenti Donald Tramp Con Kennedinin qətli ilə bağlı sənədlərin məxfiliyini ləğv edən fərman imzalayıb.

 

Fərmana əsasən, təkcə Kennedinin qətli ilə bağlı materiallar deyil, həm də onun qardaşı Robert Kennedinin, eləcə də Martin Lüter Kinqin ölümü ilə bağlı sənədlər ictimaiyyətə açıqlanmalıdır.

Избранный
17
veteninfo.az

1Источники