RU

Cənazə maşını qəza etdi, tabutdakı cəsəd çölə ATILDI

Kolumbiyada cənazə maşını ilə yük maşınının toqquşması nəticəsində tabutdakı cəsəd çölə atılıb.

Medianews.az xəbər verir ki, hadisə Kolumbiyanın Zona Bananera bölgəsində baş verib.

Məlumata görə, cənazə maşınının sürücüsü yük maşınından qaçmaq istəyərkən onlar baş-başa toqquşublar və zərbənin təsirindən taxta tabut cənazə maşınının arxa qapısından çölə atılıb.

Qəzadan sonra hadisə şahidləri zədələnmiş tabutu yenidən cənazə maşınına yükləməyə çalışıblar.

Narahatedici kadrlarda mərhumun ailə üzvləri də daxil olmaqla şahidlərin qəzaya reaksiya verdiyi və zədələnmiş tabutu yenidən cənazə maşınına yükləməyə çalışdığı görünür.

İlkin məlumatına görə, tabutun altlığı cənazə maşınına düzgün yerləşdirilməyib.

Müstəntiqlər hələ də qəzanın səbəblərini araşdırır.

Onlar qəzanın mexaniki nasazlıq nəticəsində baş verdiyini istisna etməyiblər.

VİDEO: https://www.sondakika.com/3-sayfa/haber-cenaze-arabasi-tirla-carpisinca-tabut-icindeki-18357854/

Medianews.az

 

Избранный
11
medianews.az

1Источники