RU

İlahiyyatçı: Həcc turizm obyekti, ziyarət məkanı deyil

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi 2025-ci ilin Həcc ziyarətinə zəvvarların özləri ilə uşaq gətirməsinə icazə verilməyəcəyini açıqlayıb.

‘’Ajans.az’’ xəbər verir ki, bu barədə "Gulf News" nəşri məlumat yayıb.

Qeyd olunur ki, qərar hər il Həcc ziyarəti zamanı sıxlıq yarandığından uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə atılıb.

Bundan əlavə, nazirlik Həcc mövsümündə zəvvarların təhlükəsizliyini artırmaq üçün bir sıra yeni tədbirlər tətbiq edib.

Buraya təhlükəsizlik tədbirləri ilə bağlı maarifləndirmə kampaniyaları, zəvvarların müqəddəs yerlərdə hərəkətini tənzimləmək üçün intellektual sistemlərin tətbiqi, Həcc ayinlərinin icrasını asanlaşdırmaq üçün düşərgələrin modernləşdirilməsi və yolların təkmilləşdirilməsi daxildir. 

Məsələni dəyərləndirən ilahiyyatçı Tural İrfan “Ajans.az”a açıqlamasında deyib ki, ildən ilə Məkkəyə gedənlərin sayı artır:

 

‘’Bu, müasir nəqliyyatın inkişafı ilə bağlıdır. Çünki keçmiş dövrdə texniki vasitələr məhdud olduğu üçün səfərlər çətinlik yaradırdı. Şəriətdə Həcc bəzilərinin təqdim etdiyi kimi ziyarət yox, ibadət sayılır. İbadətə də mükəlləf olmayan uşaqların aparılması məqbul hesab edilmir. Çünki Həcc ibadətinin müsəlmana vacib olması üçün onun sağlam və öz qazancından maddi imkana malik olması şərtdir. Həddi-büluğa çatmamış uşaqların ora aparılması şərt deyil. Ələxsus da sıxlıq və çətin şəraitdə icra edilən bir mərasimə azyaşlıların aparılması əlavə bir çətinliklə müşaiət oluna bilər. Əgər bu ayin ibadət deyil, ziyarət olsaydı, o zaman uşaqların aparılması məqbul görülə bilərdi. İbadət vacib, ziyarət isə müstəhəb sayılır. Həcc isə ibadətdir. İslamın şərtlərindən biri kimi Həcc hər bir imkanı olan müsəlmana fərzdir.Həcc ibadəti ilə bağlı yeganə olaraq problem müsəlman adı altında ateistlərin, dinsizlərin, əxlaqsız adamların da sürü ilə ora aparılması və bunun nəticəsində də sıxlıq yarananmasıdır. Səudiyyə Ərəbistanının aidiyyəti nazirliyi buna ciddi nəzarət etmir. Bəzən kəlimeyi şəhadətini bilməyən, yəni müsəlman olmayan, namaz qılmağı bilməyən, ömründə oruc tutmamış şəxslər də sadəcə maddi imkanı olduğuna görə ora gedirlər’’.                                                                                                                                                                                                                                                                                                 
    Ekspert vurğulayıb ki, Həcc turizm obyekti, ziyarət məkanı deyil:                                                                                                                                                                                                                                                   
‘’ Təəssüf ki, cəmiyyətimiz bunu qarışdırıb və xurafatçı ruhanilər də doğrunu izah etmirlər. Ölkəmizdən də hər il çoxsaylı insan bu səfərə yollanır. Həcc ibadəti İslamın şərtləri arasında kəlimeyi şəhadət, namaz, oruc, zəkatdan sonra gəlir. Amma adamlar ad, san, şöhrət qazanmaq üçün gedirlər. Aidiyyəti quruma isə iman, din, əxlaq yox, pul lazımdır. Həcc ziyarətinə getmək istəyən adamların din, imanını nə  soruşmurlar, nə də öyrətmirlər. Hər adam, hər müsəlman Həccə gedə bilməz. Məsrəf edəcəyi pul vəsaiti tam halal olmalı, ailəsinin, yaxın miskinlərin ehtiyaclarını ödəməli, zəkatını çıxarmalıdır. Yüzlərlə qondarma "hacı" tanıyırıq ki, min oyundan çıxır. Bax ilk öncə bunu tənzimləmək lazımdır. Çünki belə davamiyyət Həcci də, dini də, həqiqi möminləri də hörmətdən salır’’.
Избранный
12
Ajans.az

1Источники