RU

Avropa İttifaqı ABŞ-a SƏRT CAVAB VERƏCƏK

Avropa Komissiyasının sədri Ursula fon der Leyen ABŞ-dan Avropadan polad və alüminium ixracına tətbiq edilən rüsumlara sərt cavab veriləcəyini vəd edib.

“İki sahil” xəbər verir ki,  bu barədə TASS məlumat yayıb.

“Mən ABŞ-ın Avropadan polad və alüminium ixracına tariflər tətbiq etmək qərarından dərin təəssüflənirəm. Aİ-yə qarşı əsassız tariflər cavabsız qalmayacaq - onlar sərt və mütənasib əks tədbirlərə səbəb olacaq", - deyə, o, qeyd edib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ-a bütün polad və alüminium tədarükünə 25% rüsum tətbiq edib.

Eyni zamanda Fransa prezidenti Emmanuel Makron bildirib ki, Tramp Aİ-ni tariflərlə hədələməkdənsə, prioritet problemləri həll etməlidir.

Избранный
3
ikisahil.az

1Источники