RU

Diplomatiya tarixindən örnək nümunə- ÖZƏL

"Əgər qərblilər qəflətə gedərlərsə..."

"Sovet Rusiyası və kamalçı Türkiyə XX əsrin 20-ci ilərində yaranmış şəraitdə bərabər hərəkət edirdilər. Bəzilər hətta bunu müttəfqilik kimi qiymətləndirirdi. Lakin 1922-ci il aprelin 21-dən 22-nə keçən gecə sovet Rusiyası Fövqəladə Komissiyasının doqquz nəfər əməkdaşı Moskvadakı Türkiyə səfirliyinin dörd nəfər türk hərbi attaşesinin işlədiyi yerə casusluq iddiası ilə  hücum edib, bir sıra sənədləri, onların tapançalarını götürdülər, bir əməkdaşı da özləri ilə apardılar". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Qasımlı deyib: "Bundan əvvəl telefonları kəsmişdilər. Hiddətlənən səfir Əli Fuad  Paşa (Cəbəsoy)  bir neçə dəfə RSFSR Xalq Xarici İşlər Komissarlığına sərt nota verir. Əli Fuad Paşa Mustafa Kamal Paşanın Hərbi məktəbdə sinif yoldaşı olmuşdu. RSFSR xalq xarici işlər komissarının müavini erməni L. Karaxan hadisənin araşdırılacağına söz versə də nəticəsi olmur.  Bir müddət sonra isə o, Əli Fuada görüşməyi təklif edir. Əli Fuad bu təklifi rədd edərək Moskvadan mayın 10-da dörd attaşe və ona qədər əsgərlə ayrılıb Ankaraya gəlir. Sovet hökuməti iyulun 2-də rəsmi şəkildə Türkiyədən üzr istəyir.  İyulun 2-də Ankaraya gəldiyi gün Əli Fuad Paşanı qəbul edən Mustafa Kamal Paşanın ona söylədikləri ibrətamizdir: "Əgər qərblilər qəflətə gedərlərsə, əvvəlkindən daha güclü bir imperialist Rusiya meydana çıxa bilər. Sovet Rusiyası ilə daim yaxşı qonşu olmağa çalışmalıyıq. Lakin nə haqlarımızdan ən küçik bir şey fəda etməliyik, nə də oyunlarına qatılmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
9
olaylar.az

1Источники