RU

Həbsdə olan keçmiş tabor komandiri barədə qərar verildi

Müdafiə Nazirliyinin hərbi hissəsinin rüşvət almaqda və mənimsəmədə təqsirləndirilən sabiq tabor komandiri Elnur Əliyevin barəsində olan hökmdən verdiyi kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Redaktor.az xəbər verir ki, bu gün Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərarə əsasən, kassasiya şikayəti təmin olunmayıb və aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin ötən il mayın 22-də çıxardığı hökmə əsasən, Elnur Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

O, məhkəmə zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Elnur Əliyevə Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma), 179.1-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham verilib.

Məhkəmə onun ittiham olunduğu mənimsəmə epizodu üzrə ona cəza təyin etməyib. Həmin hissə hökmdən xaric edilib (APA).

Избранный
1
9
redaktor.az

10Источники