RU

Şabranda nəqliyyat qəzası baş verib

Şabran rayonunda 3 nəfərin müxtəlif növ xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Heftelik.az-ın “Xəzər Xəbər”ə istinadən verdiyi məlumata görə, hadisə Şabran rayonunda minik avtomobilinin öz yolundan çıxaraq yol kənarındakı maneəyə çırpılması nəticəsində baş verib.

Qəza nəticəsində VAZ 2106 markalı avtomobildə olan 1980-ci il təvəllüdlü Quliyev Zahir Tahir oğlu, 1996-cı il təvəllüdlü Cəfərov Fəqan Dünyamalı oğlu və 1996-cı il təvəllüdlü Qafarov Əmrah Əlipaşa oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Şabran rayon xəstəxanasına çatdırılıblar.

Zərərçəkmişlərə ilkin yardım göstərildikdən sonra müalicə üçün Bakıya göndəriliblər. Faktla bağlı araşdırmalar aparılır.

Müəllif: Türkan_zadə

Избранный
6
heftelik.az

1Источники