RU

Çiteryan: “Müharibədə məğlubiyyətimizin əsas səbəbi Azərbaycan kəşfiyyatına uduzmağımız idi”

“Birinci Qarabağ müharibəsindən sonra İrəvanda yazılanlar və danışılanlar reallıqdan çox fərqli idi. Biz müşahidəyə cavab olaraq mif yaradırdıq”. Tribunainfo.az xəbər verir ki, bunu Cenevrədəki Vebster Universitetinin müəllimi Vigen Çiteryan deyib.

Onun sözlərinə görə, bu miflərlə dolu prosesi doğru-düzgün izah edən və ona obyektiv qiymət verən heç bir kitabları yoxdur. “Erməniləri düzgün bir mənbəyə sahib deyillər.  Hələ də miflərlə yaşayırlar”.

Çiteryan 2016-cı ilin aprel və 2020-ci ilin 44 günlük müharibəsi barədə də danışıb. “2016-ci ildə məlum oldu ki, biz cəmi 4 gün müdafiə oluna bildik. Azərbaycan güclü Ordusu ilə müdafiə xəttini yarmağı bacardı”.

Onun sözlərinə görə, Ermənistan 2020-ci ildə təkcə Azərbaycanın güclü Orduya sahib olmasına görə məğlub olmayıb. “Bəli, Azərbaycan Ordusu güclüydü və yeni silahları vardı. Lakin bizim məğlubiyyətin başlıca səbəbi kəşfiyyat məsələsində geri qalmağımız idi. 44 günlük müharibədə biz kəşfiyyat sahəsində də Azərbaycana uduzduq. Və hələ də bundan nəticə çıxarmamışıq”.

Избранный
22
tribunainfo.az

1Источники