RU

Rəqəmsal manatdan kimlər istifadə edə biləcək? – Mərkəzi Bankdan açıqlama (ÖZƏL)

Bakı. Trend:

Rəqəmsal manatın geniş ictimaiyyət üçün əlçatan olması nəzərdətutulur. Bununla yanaşı, beynəlxalq təcrübəyə uyğun olaraq, tətbiqprosesi mərhələli şəkildə həyata keçiriləcək.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Mərkəzi Bankdanbildirilib.

“İlkin mərhələdə rəqəmsal manatın məqsədləri və konsepsiyasımüəyyən olunacaq. Pilot layihənin həyata keçirilməsi üçün seçilmişmaliyyə institutları və iri şirkətlərlə əməkdaşlıq qurulacaq.Məhdud dövriyyə və əməliyyat limiti tətbiq edilə bilər. Texnikiinfrastrukturun stabil işləməsi və təhlükəsizlik tədbirlərinineffektivliyi sınaqdan keçiriləcək”, - deyə Mərkəzi Bankdanbildiriblər.

Qeyd edilib ki, sonkarı mərhələdə rəqəmsal manat genişictimaiyyətin istifadəsinə açıq olacaq:

“Fiziki və hüquqi şəxslər gündəlik əməliyyatlarında rəqəmsalmanatdan istifadə edə biləcəklər. Maliyyə inklüzivliyininartırılması və nağdsız iqtisadiyyatın təşviq edilməsi məqsədilərəqəmsal manatın ödəniş sistemlərinə tam inteqrasiyası həyatakeçiriləcək. Regional və beynəlxalq ticarət əməliyyatlarındaistifadəsi ilə bağlı perspektivlər dəyərləndiriləcək. Bütün buproseslər maliyyə bazarının iştirakçıları ilə sıx əməkdaşlıqçərçivəsində və beynəlxalq tənzimləmə standartlarına uyğun həyatakeçiriləcək”.

Избранный
22
4
az.trend.az

4Источники