RU

Azərbaycan heç bir supergücün "arxa bağçası" deyil



Rusiya Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini Nikolay Valuyevin adının Azərbaycan əleyhinə işlətdiyi təhqiramiz ifadələrə, ölkəmizə qarşı təhdid xarakterli fikirlərinə görə Azərbaycana girişi qadağan edilmiş şəxslərin siyahısına daxil edilməsi tamamilə düzgün addımdır.

Valuyevlər, zatulinlər, milonovlar və bu qəbildən olan digər rus şovinistlərinə həddini və yerini göstərməyimiz vacib idi.

Milli mənsubiyyətindən və rəsmi statusundan asılı olmayaraq hər kəs (o cümlədən rusiyalı parlamentarilər, siyasi şərhçilər və digərləri) Azərbaycanın yürütdüyü siyasətə hörmətlə yanaşmalıdırlar.

Ermənistandan fərqli olaraq, Azərbaycan heç bir supergücün forpostu və ya "arxa bağçası" deyil. Kreml də Azərbaycanın müstəqil və suveren mövqeyi ilə hesablaşmalıdır.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Избранный
15
newscenter.az

1Источники