RU

Bakıda mənzillərin ünvanlar üzrə maksimum, orta və minimum qiymətləri: 820 AZN - 8150 AZN

"Vecon Consulting" qiymətləndirmə şirkəti Bakı şəhəri üzrə mənzillərin (yaşayış sahəsinin) 1 kvadrat metrinin (kv.m) qiymətlərini araşdırıb, maksimum, orta və maksimum qiymətləri müəyyən edib.

Marja.az Şirkətin Məlumat Basasının İdarəedilməsi departamentinin araşdırmasına istinadən xəbər verir ki, Bakıda 1 kv.m mənzil ən baha "Port Baku"dadır. Bu premium yaşayış kompleksində mənzillərin 1 kvadrat metirinin maksimum qiyməti 8150 manat, minimum qiyməti 5764 manatdır. 

İkinci yerdə Bakı Ağ Şəhər gəlir. Bakının yeni yaşayış mərkəzində mənzillərin 1 kv.m-nin qiyməti 6120 manatadək çatır. Bakı Ağ Şəhərdə orta qiymət 3740 manat, minimum qiymət 2440 manatdır. 

Nəsimi rayonu mənzillərin bahalığına görə 3-cü yerdədir. Bakının mərkəzi rayonunda 1 kvadrat metr mənzilin qiyməti 2580 manat - 5610 manat civarındadır.

Bakıda ən ucuz mənzilə Pirallahıda sahib olmaq olar. Bakının bu rayonunda evin 1 kvadrat metrinin qiyməti 820 manat - 1316 manat civarında dəyişir.

vecon consulting qiymətləndirmə şirkət mənzillər qiymətlər
Избранный
31
marja.az

1Источники