RU

“Elit restoranlarda ən bahalı spirtli içkilərin növləri əslində saxtadır” – ŞOK İDDİA

İstanbulda son bir ayda saxta spirtli içkidən ölənlərin sayı 70-ə çatıb. Türkiyə mətbuatının yaydığı məlumata görə, Ankarada da eyni dönəmdə spirtli içkidən ölənlərin sayında artım qeydə alınıb. Belə ki, paytaxtda 33 nəfər saxta spirtli içki səbəbindən həyatını itirib.

Azərbaycanda da saxta spirtli içki problem mövcuddur. Belə ki, yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə qəbul edilən 102 nəfərdən 3-ü spirtli içkidən zəhərlənib.
 

MÖVZU İLƏ BAĞLI:

Alkoqollu içkilər BAHALAŞACAQ – Bəs keyfiyyət YÜKSƏLƏCƏK?


Hər ay davamlı olaraq sirtli içkidən zəhərlənənlər olur. Spirtli içkidən zəhərlənənlər əsasən toy məclislərində, şadlıq saraylarında müxtəlif tədbir və yığıncaqlarda zəhərləndiklərini bildirirlər.

Zəhərlənmələrdən də məlumdur ki, ölkədə saxta spirtli içkilər istehsal olunur və onlar əsasən bahalı restoran və kafelərdə müştərilərə təqdim olunur.

Hətta bəzi toy biznesi ilə məşğul olan sahibkarların özlərinin saxta spirtli içki istehsalı ilə məşğul olduqları iddia olunur.

Mövzu haqqında Bizim.Media-ya danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib ki, hələ 4 il öncə bu sahədə vəziyyətin acınacaqlı olduğu bildirildi:

“Ərzaq malları seqmentində spirtli içkilər çox ciddi çirklənmiş sektordur. Amma ildən-ilə bu vəziyyət yaxşılaşır. Vəziyyətin acınacaqlı olduğunu hələ 4 il öncə Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsi masanın üstünə qoydu. Məlum oldu ki, ən bahalı restoranlarda ən bahalı spirtli içkilərin növləri əslində saxtadır. Xaricdən gələn şüşə qablar atılmır, onun içərisinə bulanıq mayelər yığılır və ən bahalı yerlərdə verilir. 2019-cu ildə spirtli içki istehsalı üçün lisenziyalar ləğv olundu, bundan sonra 90-a qədər spirtli içki, xüsusilə, araq istehsalçısı meydana çıxdı. Şərab istehsalçısı azdı, həmin ildən sonra cəmi 2 şərab istehsalçısı yarandı. Çünki şərab üçün gərək üzüm plantasiyan olsun və s. Bu bir daha onu göstərdi ki, bu qədər istehsalçı olduğu yerdə bu bazar çox kirləndi”.

O bildirib ki, hökumətin spirtli içkinin minimum qiymətini müəyyən etməsi ilə bağlı qərarı buna mənfi təsir edəcək:

“Bunlar əsasən şadlıq evlərində, kafelərdə və s. yerlərdə verilir. Təsadüfi deyil ki, zəhərlənmələrin statsitikasına baxsaq, spirtli içkilərdən zəhərlənənlərin sayı heç də azlıq təşkil eləmir. Hökumət bu yaxınlarda səhv qərar qəbul etdi. Ucuz, keyfiyyətsiz spirtli içki istehsal edənlər onu çox ucuz qiymətə verirdilər. Yəni saxta spirtli içkilər istehsal edənlər də qiyməti qaldırdı.

Əvvəllər alıcılar keyfiyyətə aldanıb qiymətdə qazanırdılarsa, indi həm qiymətdə, həm keyfiyyətdə aldanırlar. Bəzən aksiz markası olmayan spirtli içkilər təhrif olunur və ya saxta aksiz markası ilə satılır. Bununla bağlı Qida Təhlükəzliyi Agentliyi mümkün olan işləri görür”.

Günay Şahmar, Bizim.Media

Избранный
16
3
bizim.media

4Источники