RU

Aİ ABŞ-ə bununla bağlı sərt cavab verəcək

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ-nin polad və alüminium idxalına vergi tətbiq etmək qərarına sərt reaksiya verəcəklərini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

ABŞ-nin Avropanın polad və alüminium ixracına tariflər tətbiq etmək qərarına görə dərin təəssüf hissi keçirdiyini bildirən sədr, tariflərin istehlakçılara, eləcə də biznesə mənfi təsir edəcəyini qeyd edib.

"Aİ-yə qarşı ədalətsiz tariflər cavabsız qalmayacaq. Ədalətsiz tariflərə qarşı sərt və mütənasib tədbirlər görüləcək", - deyə o bildirib.

Избранный
21
operativmm.az

1Источники