2024-cü ildə Azərbaycanda 1 milyon 363.7 min ton buğda unu istehsal edilib.
Apress.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 2.7% və ya 35.7 min ton artıb. Belə ki, 2023-cü ildə Azərbaycanda 1 milyon 327.9 min ton buğda unu istehsal edilmişdi.
Hesabat dövründə istehsal edilən unun 1 milyon 342.8 min tonu əmtəəlik olub, bunun da 1 milyon 341.4 min tonu satış üçün göndərilib.
Qeyd edək ki, ötən il ölkəyə 279,7 milyon ABŞ dolları dəyərində 1 milyon 292 min ton buğda idxal edilib.
Xatırladaq ki, 2024-cü il ərzində Azərbaycanda 1 milyon 196.8 min ton çörək istehsal olunub.