Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində "Toyota" markalı avtomobil yolu keçən piyadanı vurub.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, hadisə zamanı Şeydabəy Qəhrəmanov həyatını itirib.
Məlumata görə, həyatını itirən şəxs Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu olub. O, hadisə zamanı məzuniyyətdə olub.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"