Azərbaycan Mərkəzi Bankının keçirdiyi son valyuta hərraclarında bankların dollara tələbinin xeyli azalması müşahidə edilir.
Sfera.az xatırladır ki, yanvarın ilk günlərinə qədər keçirilən hərraclarda tələb adətən 70-80 milyon dollar arasında dəyişirdi. Amma ayın ikinci yarısından başlayaraq keçirilən hərraclarda tələb xeyli azalaraq 50-60 milyon dollar intervalına düşüb.
Son 7 hərracda tələb məhz bu aralıqda dəyişib. Bu gün keçirilən növbəti hərracda da eyni vəziyyət müşahidə olunub. Banklar cəmi 56,8 milyon dollar xarici valyuta alıblar.
Vasif