RU

Türkiyədən Azərbaycana elektrik ixracı artıb

Türkiyə 2025-cü ilin yanvar ayında Azərbaycana elektrik ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz artaraq 17 milyon 535 min 26 dollara çatdırıb.

Kommersant.az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2025 - yanvar 2024) Türkiyə 16 milyon 688 min 132 dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Qeyd edək ki, 2025-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı 2024-ci ilin eyni ayı ilə müqayisədə 1,4 faiz artaraq, 1 milyon 224 min 867 dollara bərabər olub.

Keçən ilin yanvar-dekabr aylarında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 2,9 faiz artaraq, 16 milyard 677 milyon 730 min dollara bərabər olub.

Избранный
5
13
kommersant.az

10Источники