RU

Lənkəranın icra başçısı ona sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirib

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən Bəhruz Əskərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəməyə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdan ərizə daxil olduğu bildirilib.

Taleh Qaraşov ərizəsində Bəhruz Əskərova qarşı hər hansı şikayət və tələbinin olmadığını yazıb.

Təqsirləndirilən şəxsin müdafiəçisi deyib ki, ərizədə tərəflər arasında barışıq əldə olunub-olunmaması ilə bağlı məlumat yoxdur.

Vəkil Taleh Qaraşovun məhkəmədə dindirilməsi üçün vaxt istəyib. Ona görə də proses mart 4-nə kimi təxirə salınıb.

Избранный
7
aznews.az

1Источники