RU

Azərbaycanlı oyunçu yeni klubu ilə 1,5 illik müqavilə imzaladı

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin “Çorum”a keçidi rəsmiləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Çorum”un mətbuat xidməri məlumat yayıb.

1-ci liqa təmsilçisi 29 yaşlı yarımmüdafiəçini “Bandırmaspor”dan transfer etdiyini açıqlayıb. Coşqunla 1,5 illik müqavilə imzalanıb.

“Çorum” hazırda turnir cədvəlində 23 oyundan 35 xalla 7-ci yeri tutur və Superliqaya vəsiqə uğrunda yarışır.

C.Diniyev bu mövsüm Türkiyə 1-ci liqasında 20 oyunda meydana çıxıb, 2 qolun ötürməsini edib.

Избранный
18
sportinfo.az

1Источники