RU

Eritreyada saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı SON MƏLUMAT

Bakı. Trend:

Azərbaycanın Eritreyada saxlanılan üç gəmisinin heyət üzvləriilə vaxtaşırı əlaqə saxlanılır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq“Caspian Marine Services B.V.” şirkətindən məlumatverilib.

Bildirilib ki, heyət üzvləri qida ilə təmin olunur, onlar ailəüzvləri ilə əlaqə saxlayırlar.

"Onların sağlamlıqları qaydasındadır", - deyə şirkətdənbildirilib.

Eyni zamanda, Xarici İşlər NazirliyindənTrend-in sorğusunacavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı bir yenilikyoxdur: "Danışıqlar hələ davam edir".

Xatırladaq ki, 2024-cü il noyabrın 7-də “Caspian Marine ServicesB.V.” şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunanAzərbaycanın dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid”və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş ƏrəbƏmirliklərinin Əbu-Dabi şəhərinə səfəri zamanı hava şəraitininkəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi girişedib. Keçid zamanı Eritreyanın liman qurumları ilə əvvəlcədən əlaqəsaxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12millik ərazi sularına giriş olunduqdan sonra bu dövlətin müvafiqqurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq gəmilərsaxlanılıb.

Gəmilərdə heyət üzvlərindən 18 nəfəri Azərbaycan, 6 nəfəri isəəcnəbi vətəndaşları olmaqla, ümumilikdə 24 nəfər mövcuddur.

Məqalədə:
Избранный
10
49
az.trend.az

10Источники