RU

Renat Dadaşovun baş məşqçisi istefaya göndərildi

Türkiyə 1-ci Liqasında baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü" Kemal Özdeşlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

54 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Kemal Özdeş ötən ilin dekabr ayında paytaxt təmsilçisinin baş məşqçisi postuna təyin olunmuşdu.

Qeyd edək ki, "Ankaragücü" Türkiyə 1-ci Liqasında 23 turdan sonra 30 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

saytlarin hazirlanmasi

Избранный
11
sportal.az

1Источники