RU

Lənkəranda avtomobil kanala AŞDI

Lənkəranda hərəkətsiz dayanan avtomobil, anidən sürüşərək kanala aşıb.

Redaktor.az xəbər verir ki, hadisə xəstəxana yolunda baş verib. Belə ki, sürücü yanacağı bitən "KİA" markalı avtomobili kanal ətrafında saxlayıb. Sürücü avtomobilin baqaj hissəsindən yanacaq götürmək istəyərkən, anidən avtomobil sürüşərək kanala aşıb.

Görülən tədbirlər nəticəsində avtomobil kanaldan çıxarılıb.

Qeyd edək ki, avtomobilin sürücüsü taksi fəaliyyəti ilə məşğuldur. Nəqliyyat vasitəsində sərnişin olmayıb.

Избранный
52
14
redaktor.az

10Источники