RU

Ölümdən başqa hər xəstəliyin dərmanıdır - Xalq arasında "Müqəddəs toxum" adlandırılır

Ölümdən başqa hər xəstəliyin dərmanıdır -

Qara zirə (çörəkotu) qədim zamanlardan bəri müxtəlif xəstəliklərin müalicəsində istifadə edilən və "müqəddəs toxum" kimi tanınan bir bitkidir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, onun tərkibindəki timokinon adlı birləşmə güclü antioksidant və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətləri sayəsində qara zirə immun sistemini gücləndirir, qan şəkərini tənzimləyir və astma, bronxit kimi tənəffüs yolu xəstəliklərinin müalicəsində təsirli olur.

Bundan əlavə, qara zirə toxumları həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, dəri və saç sağlamlığını dəstəkləyir, qan təzyiqini və xolesterin səviyyəsini tənzimləyir. Onun tərkibindəki faydalı maddələr orqanizmin ümumi sağlamlığını dəstəkləyir və müxtəlif xəstəliklərin qarşısının alınmasında kömək edir.

Qara zirə yağı da eyni faydalara malikdir və müntəzəm olaraq istifadə edildikdə orqanizmin müdafiə mexanizmlərini gücləndirir. Ancaq hər hansı bir təbii məhsulun istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Избранный
7
e-saglam.az

1Источники