"Əfv Komissiyasına yüzlərlə, hətta minlərlə müraciət daxil olur. Bu müraciət ya həmin şəxslərin özü, yada onların vəkilləri, millət vəkilləri, ombudsman, yerli və beynəlxalq QHT nümayəndələri tərəfindən olur”.
Bunu “AzPolitika”-ya açıqlamasında Əfv Komissiyasınıln üzvü Əliməmməd Nuriyev Novruz Byramı ərəfəsində imzalanacağı ehtimal edilən Əfv Sərəncamı ilə bağlı sualı cavablandırarkən deyib.
Xatırladaq ki, sabah-fevralın 12-də Əfv Komissiyalarının iclasları başlayır.
Ə. Nuriyev kimlərin əfv siyahısına daxil edilməsinin Prezidentin səlahiyyətinə aid olduğunu deyib: "Ötən illərin təcrübəsinə baxaraq deyə bilərəm ki, daxil olan bütün müraciətlər araşdırılır, hər mürciətlə bağlı hazırlanan rəy Prezidentə təqdim olunur. Bundan sonra kimin əfv olunacağı ilə bağlı qərar Prezident tərəfindən qəbul olunur. Çünki əfv hüququ cənab Prezidentin müstəsna - konstitutsion səlahiyyətidir”.
Ə.Nuriyevin sözlərinə görə, növbəti əfv siyahısna kimlərin düşüb-düşməyəcəyini əvvəlcədən demək mümkün deyil: “Çünki bu Prezidentin müstəsna konstitusion səlahiyyətinə aid olan bir prossesdir. Digər tərəfdən deyə bilərəm ki, qanuna görə əfvlə bağlı hər bir məhkum və ya onun yaxınlarının komissiyaya müraciət etmək hüququ var. Əfv sərəncamı imzalanarkən hər hansı bölgü aparılmır. Vahid bir yanaşma var ki, Azərbaycan Konstitutsiyasına görə hər kəs qanun qarşısında bərabərdi. Əfv komissiyası da müraciətlərə baxarkən hamının qanun qarşısında bərabərlik prinsipindən çıxış edir.
Eyni zamanda xüsusi meyyarlar var ki, komissiya o müstəvidən çıxış edərək öz dəyərləndirməsini edərək səsvermə üsulu ilə qərarlar qəbul olunur və rəy hazırlanır. Yekun olaraq bu rəylər prezidentə təqdim olunur. Artıq prezident tərəfindən əfv siyahısında kimlərin olacağı müəyyən olunur. Biz özünü müxtəlif adlarla adlandıran şəxslərin də adlarını zaman-zaman əfv siyahısında görmüşük”.
Komissiya üzvü hesab edir ki, burada əsas məsələ əfv olunmaq üçün müraciət edən şəxsin potensial islah olmaq imkanıdır.
“Onun təhlükəlilik dərəcəsi aradan qalxmalı və cəmiyyət üçün təhlükə yaratmamasıdır. Ən əsas məsələ isə əfv olunan şəxsin cəmiyyət tərəfindən normal qarşılanmasıdır. Çünki imzalanan hər bir əfv sərəncamı cəmiyyətə müəyyən bir mesajdır”, - o, vurğulayıb.
“AzPolitika.info”