RU

Bu şirkət İqtisadiyyat Nazirliyinə texniki xidmətlər göstərəcək - 6 MİLYON MANAT QAZANACAQ

“İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin inzibati binasında mövcud sistemlərə göstərilən texniki xidmətlər” tenderinin nəticələrini elan edib.

“Aztelekom” 3 milyonluq xidmətlər alır - TENDER

FED.az xəbər verir ki, tenderin qalibi “Azservis” MMC (VÖEN: 2304252631) olub.

Qalib şirkətə 6 065 721 manat ödəniləcək.

Qeyd edək ki, “Azservis” MMC şirkəti 18.10.2018-ci il tarixində yaradılıb və nizamnamə kapitalı 5 AZN təşkil edir. Şirkətin hüquqi təmsilçisi Elnarə Tağıyeva Eldar qızıdır.

Избранный
42
fed.az

1Источники