RU

AfD Almaniyadakı seçki mübarizəsində önə keçir

AfD

Almaniyada seçkilər yaxınlaşdıqca amerikalı milyarder İlon Maskın və onun “X” platformasının dəstəklədiyi mühafizəkar partiyalar, eləcə də ifrat sağçı AfD anketlərdə önə keçir. Maskın “X” platformasının isə Almaniyanın seçki qanunlarını pozduğu iddia edilir.

Reyting.az
xəbər verir ki, gözlənilməz qısamüddətli seçki kampaniyası Maqdeburq və Aşaffenburqda Səudiyyə Ərəbistanı və əfqan əsilli şübhəlilərin iştirak etdiyi iki ölümcül hücumdan sonra immiqrasiya və təhlükəsizliklə bağlı gərgin müzakirələrin kölgəsində qalıb.

Bu arada ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası ilk dəfə olaraq parlamentdə təklifi qəbul etdirməyi bacarıb. Fevralın 23-də keçiriləcək növbədənkənar seçkilərdə CDU və CSU-dan ibarət Xristian İttifaqının qalib gələcəyi gözlənilir. Son sorğulara görə, ikinci qüvvə ifrat sağçı AfD olacaq. İmmiqrasiya qanunlarının köklü şəkildə dəyişdirilməsi təklifi ölkə daxilində intensiv reaksiyalara və etirazlara səbəb olub. Seçki kampaniyası qızışdıqca Almaniyanın iqtisadi perspektivi hələ də qaranlıq qalır.

Almaniyada getdikcə qızışan seçki kampaniyasına İlon Maska məxsus “X” sosial media platforması da qoşulub. Kritik 23 fevral tarixinə cəmi iki həftə qalmış Almaniya məhkəmə sistemi İlon Maska məxsus platformadan seçki ilə bağlı həssas məlumatlara təcili giriş tələb edir. Bu arada milyarder rusiyayönlü ifrat sağçı AfD-ni açıq şəkildə dəstəkləyib. Mask Almaniya siyasətinə birbaşa müdaxilə edərək, ən azı iki dəfə Alice Veideli (Post-nasist, rusiyapərəst və AfD-nin ksenofobik ifrat sağçı liderlərindən biri) tərifləyib. Mask əvvəlcə bəyan edib ki, indiki dönəmdə “Almaniyanı AfD xilas edə bilər”. Daha sonra o, AfD-nin seçki kampaniyasının açılış tədbirində sürpriz canlı çıxış edərək bu partiyanı müdafiə edib.

Xatırladaq ki, AfD aylardır sorğularda 20 faiz civarında sabit dəstəklə ikinci yerdədir.

Qeyd edək ki, fevralın 6-da Berlin Regional Məhkəməsi müstəntiqlərə “X” platformasında Almaniya seçki kampaniyası ilə bağlı siyasi dezinformasiyanın yayılmasını araşdırmağı tapşırıb. Qərar seçicilərin dezinformasiyasını izləyən - GFF və DRI tərəfindən təcili müraciətdən sonra qəbul edilib. Bu qrupların fikrincə, “X” istifadəçilərin platformadakı məzmunla qarşılıqlı əlaqəsi haqqında məlumatlara girişi bloklayaraq, potensial seçki müdaxiləsini izləməyi və araşdırmağı çətinləşdirib. Sübut olunarsa, bu hərəkət onlayn xidmət təminatçılarının fəaliyyətini tənzimləyən Rəqəmsal Xidmətlər Aktının (DSA) pozulması ola bilər.

ELÇİN

Избранный
25
reyting.az

1Источники