RU

Sərnişin avtobusu körpüdən UÇDU: 51 nəfər öldü

Qvatemala paytaxtı Qvatemalada 75 nəfəri daşıyan sərnişin avtobusu Puente Belice şosse körpüsündən çaya düşüb.

News24.az xəbər verir ki, bölgəyə çoxlu sayda təcili yardım və xilasetmə qrupu göndərilib.

Qvatemala Yanğınsöndürmə İdarəsi dəhşətli qəzada ən azı 51 nəfərin öldüyünü açıqlayıb.

Qvatemala prezidenti Bernardo Arevalo kədərləndiyini bildirib və 3 günlük milli matəm elan etmək qərarına gəlib.

Onu da qeyd edək ki, San Aqustin Acasaguastlan qəsəbəsindən yola düşən avtobusun hansı səbəbdən yoldan çıxdığı məlum deyil.

Günel Məlikzadə

Избранный
17
news24.az

1Источники