Moskvada Rusiya xarici işlər nazirinin (XİN) müavini Sergey Ryabkov ilə ABŞ-nin səfiri Linn Treysi ilə planlaşdırılmış görüş keçirib.
“Far.Az” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
"Ryabkov ABŞ səfiri ilə planlaşdırılmış görüş keçirib", - o, jurnalistlərə bildirib.
M.Zaxarovanın sözlərinə görə, görüş xarici idarələrin fəaliyyətinə həsr olunub.
ABŞ-nin Moskvadakı səfiri Linn Treysi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) gedib.
“Far.Az” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Səfərin səbəbləri hələlik məlum deyil.
KİV-in məlumatına görə, Treysi əvvəllər sosial şəbəkələrdəki videomüraciətində Vaşinqtonun fikir ayrılıqlarına baxmayaraq, Moskva ilə dialoqa hazır olduğunu bəyan edib.
Onun sözlərinə görə, ABŞ və Rusiya arasında diplomatik səylərə "böyük ehtiyac" var.