RU

Parisdə əlillər etiraz nümayişi keçiriblər

Paris, 11 fevral, AZƏRTAC

Biz aydın şəkildə görürük ki, prioritet deyilik.

AZƏRTAC xəbər verir ki, bu fikri Parisdə əlillər etiraz nümayişində səsləndiriblər və ayrı-seçkiliyə məruz qaldıqlarını bildiriblər. Nümayişçilər əlillik haqqında qanunun yerinə yetirilməməsinə etirazlarını səsləndiriblər. Onlar əlillər haqqında 2005-ci ildə qəbul edilmiş qanunun 20 illiyi ərəfəsində sənədin mətninin təkmilləşdirilməsini tələb edirlər.

Bildirilir ki, 2024-cü ilin yayında paytaxtda Paralimpiya Oyunlarının təşkilinə baxmayaraq, Fransada əlil insanların hüquqları hələ də pozulur. Əlillər iş həyatına inteqrasiya edilmələrini istəsələr də, bu sahədə görüləcək iş hələ çoxdur.

Nümayişçilər bildiriblər ki, mövcud qanun 20-dən çox işçisi olan şirkətlərin əlil işçiləri işə götürmək öhdəliyini, eləcə də iş yerlərini uyğunlaşdırmalı olduğunu tələb etsə də, buna riayət olunmur. Nümayişçilər əlillərin həyat şəraitinin yaxşılaşdırılması, həmçinin onlara azı minimum gəlir yaradılması üçün çağırışlar ediblər. Əlillər onlara qarşı olan ayrı-seçkiliyə də etiraz edirlər.

Избранный
20
azertag.az

1Источники